“Bəyannamələr vaxtında təqdim edilməlidir”- Dövlət vergi xidməti

Dövlət Vergi Xidməti (DVX) vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, cari ilin iyul ayı üzrə Gəlir vergisi (Xüsusi notariuslar üzrə), Gəlir vergisi (İdman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri avqustun 2-dən gec olmayaraq təqdim olunmalıdır.

Qeyd olunan bəyannamələr vaxtında təqdim olunmadığı halda, vergiödəyicisinə münasibətdə (hər bir bəyannamə üzrə) 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əvvəlki məqalə

BMT Baş katibi bu ölkəni “sülhün simvolu” adlandırdı

Sonrakı məqalə

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb