BMT-də atəşkəsdən sonra təxribatlara dair Azərbaycanın Baş katibə ünvanladığı məktub yayılıb

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin BMT Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Məktubda bildirilib ki, noyabrda imzalanmış üçtərəfli birgə bəyanatda bütün hərbi əməliyyatların dayandırılmasının təmin edilməsi qeyd olunsa da, bəzi erməni hərbi birləşmələri Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalıb və onlar Azərbaycanın mülki vətəndaşlarına və hərbçilərinə qarşı təxribatlar törədib.

“Halbuki onların geri çəkilməsi üçün müvafiq şəraitin yaradıldığı ilə bağlı dəfələrlə müraciət olunub, lakin həmin hərbi birləşmələr bundan imtina edib. 2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 azərbaycanlı hərbi qulluqçu öldürülüb, 2 nəfər yaralanıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb”.

Məktubda qeyd olunub ki, nəticədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti təhlükəni neytrallaşdırmaq və ərazidə təhlükəsizliyi təmin etmək üçün uğurlu anti-terror əməliyyatı həyata keçirib: “Ermənistan saxtalaşdırılmış münaqişə nağılından imtina etməli, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın altına atdığı imzasına hörmət etməli və davamlı atəşkəs və sülh üçün vacib olan yeni reallıqları qəbul etməlidir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir