Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılması ilə bağlı səsvermə keçiriləcək.
“Frans Press” Agentliyinin xəbərinə görə, bu barədə BMT Baş Assambleyasının Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, BMT Baş Assambleyası aprelin 7-də Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq BMT-nin İnsan Haqları Şurasında üzvlüyünün dayandırılması ilə bağlı səsvermə keçirəcək.