“BMT etibarını itirib və sülhü qorumaq gücünü zəiflədib”-MAQATE rəhbəri

Qrossi
Qrossi

BMT Baş katibi postuna namizəd olan və hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinə rəhbərlik edən Rafael Qrossi bildirib ki, BMT əvvəlki etibarını itirib və sülhü qorumaq missiyasını effektiv şəkildə yerinə yetirmir.

AzPost xəbər verir ki, bu sözləri o, Avstriyanın Die Presse qəzetinə müsahibəsində deyib.

Qrossinin sözlərinə görə, insanlar arasında BMT barədə müsbət fikir getdikcə azalır və təşkilat daha çox heç nəyi həll edə bilməyən böyük bir idarə kimi qəbul olunur. O qeyd edib ki, bu təsəvvür tam doğru olmasa da, qurum yaranış məqsədindən – sülhü və təhlükəsizliyi qorumaq missiyasından uzaqlaşıb.

MAQATE rəhbəri əlavə edib ki, BMT bütün sahələrlə məşğul olmağa çalışdığı üçün səmərəliliyi aşağı düşür və təşkilat yenidən diqqətini əsas hədəflərə yönəltməlidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.