BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi oktyabrın 7-dən bəri 88 əməkdaşını itirib.
Azpost.info xəbər verir ki, bu barədə BMT-dən bildirilib.
Bu, beynəlxalq təşkilatın tarixində ən yüksək göstəricidir.
BMT həmçinin tibb müəssisələrinə 100-dən çox hücumun edildiyini, 2,2 milyon fələstinlinin qida, su, dərman, elektrik və yanacaqdan məhrum olunduğunu bildirir.
Ölkələrin BMT-dəki nümayəndələri hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar qaydaların pozulmasına dərhal son qoyulmasını tələb ediblər.
Azpost.info