BMT-nin Baş katibi Azərbaycan və Ermənistan liderlərini alqışlayıb

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı atılan addım münasibətilə alqışladığını bildirib.

Quterreş tərəflərin ABŞ Prezidenti Donald Trampla imzaladığı Birgə Bəyannaməni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm mərhələ kimi qiymətləndirib.

“Prezident Əliyev və Baş nazir Paşinyanın davamlı dialoqa və etimadın qurulmasına sadiqliyini yüksək qiymətləndirir, irəliləyişin əldə olunmasında Prezident Trampın səylərini tanıyıram. BMT-nin Cənubi Qafqazda davamlı sülhün irəlilədilməsi istiqamətində göstərilən bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyirəm.”, – Quterreş əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.