BMT Təhlükəsizik Şurasının Qarabağla bağlı bugünkü iclasında heç bir sənəd qəbul olunmayacaq

Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə əlaqədar bu gün Almaniyanın da təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən deyilib ki, Fransa ilə yanaşı, Almaniya bu görüşün keçirilməsi üçün təşəbbüskar ölkə kimi irəli çıxıb.

“Almaniya Xarici İşlər Nazirliyi və Dövlət katibi regiondakı vəziyyətlə yaxından maraqlandığı üçün bu təşəbbüslə çıxış edib. Bu görüş sırf siyasi məlumatlandırıcı xarakter daşıyır, görüşdə hər hansı qətnamə qəbul olunmayacaq”, – deyə səfirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib –

Sonrakı məqalə

Hadrut istiqamətində düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib