BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

Aprelin 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə dünya təşkilatı məlumat yayıb.

Məsləhətləşmələrin yerli vaxtla səhər saatlarında baş tutacağı gözlənilir. Görüşün konkret mövzusu müəyyən edilməyib.

Qeyd edək ki, aprel ayında BMT Təhlükəsizlik Şurasına Böyük Britaniya sədrlik edəcək.

Əvvəlki məqalə

Qəbələdə meşə ərazisində yanğın olub

Sonrakı məqalə

Xocalı soyqırımında azərbaycanlıları təxliyə edən ukraynalı pilot vəfat edib