BMT Təhlükəsizlik Şurası avqustun 16-da Laçın yolu ilə bağlı vəziyyəti müzakirə etmək üçün iclası keçiriləcək.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. “İclas avqustun 16-da saat 15:00-da keçiriləcək”, – deyə məlumatda deyilir.
Qeyd edək ki, bu iclas Ermənistanın tələbi ilə çağrılıb.
Avqust ayından ABŞ BMT Təhlükəsizlik Şurasına sədrlik edir.