BMT Təhlükəsizlik Şurası bazar ertəsi Fələstinin təşkilata üzvlük məsələsinə baxacaq.
Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasına Fələstinin BMT-yə qəbul edilməsi və təşkilatının tamhüquqlu üzvü kimi tanınması xahişi ilə məktub daxil olduğu bildirilmişdi.
Sənədi Maltanın nümayəndəsi təqdim edib. Malta apreldən BMT Təhlükəsizlik Şurasına sədrlik edir.
Azpost.info