BMT zəlzələ nəticəsində Türkiyəyə dəymiş ziyanın miqdarını- AÇIQLADI

“Zəlzələlər nəticəsində Türkiyəyə dəymiş ziyan 100 milyard dolları keçir”.

Azpost.info xəbər verir ki, bunu BMT İnkişaf Proqramının Türkiyədəki sözçüsü Luiza Vinton bildirib.

“Bu günə qədər aparılmış hesablamalardan aydın olur ki, hökumətin təqdim etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərər hesablamaları 100 milyard dolları keçəcək”, – BMT yetkilisi deyib.

Onun sözlərinə görə, zəlzələ 46 104 nəfərin ölümünə səbəb olub. Ən çox zərər isə yüz minlərlə evin dağıldığı Hatay vilayətinə dəyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.