BMW 196 mindən çox avtomobili geri çağırır

“BMW AG” şirkəti starterdə nasazlıq səbəbi ilə ABŞ-də 196 mindən çox avtomobili geri çağırır.

Bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasından (NHTSA) məlumat verib.

Məlumata görə, starterin relesi korroziyaya uğraya, bununla da həddindən artıq istiləşmə və qısaqapanma riski yarada, nəticədə də yanğına səbəb ola bilər.

Geri çağırma 2022-ci il buraxılışı “BMW 230i” də daxil olmaqla, bir çox modellərə şamil edilir.

BMW dilerləri starteri pulsuz yoxlayacaq və zərurət yaranarsa dəyişdirəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.