Sülhün yeganə yolu erməni silahlılarının Qarabağdan çıxarılmasıdır- XİN

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir”.

Bu Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.

“Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”, – deyə bəyanatda qeyd olunub.

Əvvəlki məqalə

SMS xidməti ilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib

Sonrakı məqalə

Laçın yolunda və digər istiqamətlərdə humanitar dəhliz yaradılıb