Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik”

Orkhan Ali 04 İyul 2024 - 11:15 (Last updated: 21 May 2025 - 20:15)
ilham1

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik.

“Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.

İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Post navigation

Previous: Prezident İlham Əliyev Baydeni təbrik edib
Next: “Bu iki ölkə münaqişəyə son verə bilər”

Oxşar xəbərlər

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31

xƏBƏR

pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
“Mənim məqsədim baş nazir kimi fəaliyyətimi sülh sazişinin imzalandığı və ratifikasiya edildiyi şəraitdə başa çatdırmaqdır”. Ermənistanın Baş...
Read more about Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.