“Bölgədə vəziyyət dəyişib” –ATƏT sədri Qarabağdan danışdı

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşmüşəm”.

Bunu bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Keçirilən görüşlərdə ATƏT-in Avropada təhlükəsizlik qaydasını qorumaq prioritetinə sadiq qaldığımızı bildirmişik. Qadınlar üçün təhlükəsizliyin təmin olunması da vacibdir. Bunları təmin etməklə regional çağırışlara da cavab vermək mümkündür”, – deyə o bildirib. Linde qeyd edib ki, 10 noyabr 2020-ci ildə atəşkəsə nail olunub, bölgədə vəziyyət dəyişib.

ATƏT sədri vurğulayıb ki, münaqişənin uzunmüddətli həlli lazımdır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda əhalinin dərman üçün xərclədiyi pul 51 faiz artıb

Sonrakı məqalə

Ceyhun Bayramov ATƏT-ə yeni təhlükəsizlik formatının yaradılmasını təklif edib