Azərbaycanda əhalinin dərman üçün xərclədiyi pul 51 faiz artıb

Bu ilin yanvar-fevral aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 138,4 mln. manat xərcləyib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 51% və ya 47,1 mln. manat artıb.

Cari ilin fevral ayında satışların həcmi 69,7 mln. manat təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,4% və ya 1 mln. manat artıb.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,7 faiz bəndi çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluq “Instagram”da vətəndaşların suallarına cavab verəcək –

Sonrakı məqalə

“Bölgədə vəziyyət dəyişib” –