Bolqarıstan 2026-cı ildən avroya keçməyi planlaşdırır

Bolqarıstan Avropa valyutasına keçidi 2026-cı il yanvarın 1-dək başa çatdırmağı gözləyir. Bu proses iyul ayında bir sıra Avropa qurumları tərəfindən bu qərarın rəsmi təsdiqindən sonra fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Rosen Jelyazkov bildirib.

“Bu, iyulun 8-də qəbul ediləcək qərarlar, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının qərarları ilə rəsmiləşdiriləcək. Bu qərarlarla avronun dövriyyəyə buraxılması prosesi 2026-cı il yanvarın 1-də rəsmi olaraq başlayacaq”, – deyə baş nazir qeyd edib.

O əlavə edib ki, bu tarixdən həm də ötən il Bolqarıstan Milli Assambleyasının avronun dövriyyəyə buraxılması ilə bağlı qəbul etdiyi qanuna uyğun olaraq müəyyən tədbirlərə başlanılacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.