Bolqarıstan da Rusiyanı ittiham edib –Silah anbarında partlayışa görə 6 Rusiya vətəndaşına cinayət işi açılıb

Bolqartıstanın hakimiyyət orqanları ölkədə 2011 və 2020-ci illər arasında 4 silah-sursat anbarında baş vermiş partlayışlarla bağlı 6 Rusiya vətəndaşı barəsində istintaq hərəkətlərinə başlayıb.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, bu barədə Baş Prokurorluğun sözçüsü Siika Mileva aprelin 28-də belə bir məlumat verib: “İndiyədək toplanmış sübutlardan böyük etibarlılıq dərəcəsi ilə belə bir nəticəyə gəlmək olar ki, Rusiya vətəndaşlarının hərəkətlərindən məqsəd Gürcüstan və Ukraynaya xüsusi yüklərin göndərilməsinin qarşısını almaq olub”.

Sözçü habelə deyib ki, bu insidentlərin bolqar silah taciri Emilian Gebrevin 2015-ci ildə az qala ölümcül zəhərlənməsi və 2014-cü ildə Çexiya silah anbarında baş vermiş partlayışla əlaqəsi olduğuna dair “ağlabatan ehtimal” mövcuddur: “Bolqarıstan Respublikası ərazisində baş vermiş partlayışlar, üç Bolqarıstan vətəndaşının zəhərlənməsi və xarici ölkənin ərazisində törədilmiş ağır cinayətlər arasında bağlılığa dair inandırıcı ehtimallar var”.

Xanım Milevanın bu bəyantından əvvəl Çex Respublikası 2014-cü ilin oktyabrında ölkənin Vrbetitse məntəqəsinin yaxınlığındakı silah anbarlarından birində baş vermiş partlayışa görə Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU-nu ittiham etmişdi.

Bu anbarda 50 ton silah sıradan çıxmış və iki nəfər həlak olmuşdu.

Rusiya yenə də danır

Çexiya hökuməti bu ittihamların ardınca casus hesab etdiyi 18 Rusiya diplomatını ölkədən xaric etmişdi.

Moskva bunun cavabında 20 çex diplomatı qovmuş və iki ölkə arasında diplomatik çəkişmə şiddətlənmişdi.

Bunun ardınca NATO və Avropa İttifaqına daxil bir sıra ölkələr Praqa ilə həmrəylik əlaməti olaraq Rusiya diplomatlarını “persona non grata” elan etmişdilər.

Rusiya Bolqarıstanda və Çexiyada adı çəkilən insidentlərlə hər hansı əlaqəsini danır.

Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 28-də bu barədə jurnalistlərə deyib:

“Ya Bolqarıstan tərəfi bu barədə ötən 10 il ərzində heç nə bilməyib və indi Çexiya 2014-cü ildə baş vermiş insidentlə bağlı bəyanat verəndən sonra onunla yarışa girib, ya da bu barədə bilib və 10 il ərzində müəyyən səbəblərə görə ictimaiyyətə məlumat verilməyib”.

Silahlar Ukrayna və Gürcüstana göndəriləckmiş?

Sofiyada keçirilən mətbuat konfransında Bolqarıstanın baş prokuroru İvan Geşev və Milli Təhlükəsizlik Dövlət Agentliyinin rəhbəri Dimitar Georgiyev də iştirak edirdilər.

Xanın Mileva bunu da əlavə edib ki, Bolqarıstanda baş vermiş dörd partlayış arasında bənzərliklər mövcuddur.

Bolqarıstanın dörd silah anbarında baş vermiş partlayışlarda ölüm hadisəsi barədə məlumat verilməyib.

Partlayışlardan əvvəl yanğın olub və partlayışlar məsafədən idarə ilə törədilib.

Sözçü deyib ki, bu partlayışların baş verdiyi anbarların heç birində yanğına səbəb ola biləcək nasazlıq aşkar edilməyib:

“Bütün dörd halda məhv edilən silahlar Gürcüstan və Ukraynaya göndərilməliymiş”.

EMCO: “Bəs prokurorluq bu müddətdə nə ilə məşğul idi?”

Gebrevin EMCO silah satışı şirkətinin bəyanatında 2011-ci ildə Lovnodildəki silah anbarında baş vermiş partlayışda məhv olmuş silahların Gürcüstan və ya hər hansı başqa yerə göndərilmək üçün nəzərdə tutulduğu barədə bəyanatlar təkzib edilir:

“Bu illər ərzində bu partlayışları təhqiq edən Bolqarıstan prokurorluğu nə işlə məşğul olub? Niyə onlar bu terror hərəkətlərinin əsl səbəblərini və onu törədənləri tapmaq əvəzinə özlərini yenə də EMCO-nun hesabına təmizə çıxarmaq istəyirlər”.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra bu ölkənin iki separatçı bölgəsinin – Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb.

Şərqi Ukraynada isə Moskva 2014-cü ildən bəri rusiyayönlü separatçıları dəstəkləyir.

Milevanın ehtimalına görə Gebrevə qarşı sui-qəsdə görə axtarışda olan üç rusiyalı və iki bolqar GRU agentləridir.

Sözçü qeyd edib ki, istintaq sözü gedən zəhərləmə cəhdi və partlayışlar zamanı GRU agenti olmalarından şübhə olan azı 6 rusiyalı Bolqarıstan ərazisində idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Arif Quliyev EKMO cihaza qoşulub

Sonrakı məqalə

Metodiki Dəstək Mərkəzinin direktoru koronavirusdan vəfat edib