Bolqarıstan prezidentinin koronavirus testi müsbət çıxdı- Bakı səfərini yarımçıq dayandırdı

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana səfərini koronavirus testinin müsbət çıxması səbəbindən yarımçıq dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Bolqarıstan prezidentinin COVİD testi müsbət çıxdı, bundan sonra daha iki test aparıldı və mənfi çıxdı. Özünü yaxşı hiss etməsinə, simptomların olmamasına və iki testin mənfi çıxmasına baxmayaraq, Prezident Radev X Qlobal Bakı Forumunda iştirakını ləğv etdi.”, – məlumatda deyilir.

Rumen Radev bu gün Azərbaycan prezidenti İlham Əliyevlə videokonfrans vasitəsilə görüşüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.