Bolqarıstanda avtobus qəza zamanı yanıb –12-si uşaq olmaqla 45 nəfər ölüb

Bolqarıstanda avtobusun yanması ilə nəticələnən yol qəzasında 12-si uşaq olmaqla azı 45 nəfər həlak olub.

APA Bolqarıstanın BGNES agentliyinə istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 3 radələrində (Bakı vaxtı ilə 5) Sofiya – Blaqoyevqrad magistralının 31-ci kilometrliyində baş verib.

İçərisində 52 nəfərin olduğu avtobus ötən gecə Bolqarıstan sərhədini keçib.

Ölənlər arasında avtobus sürücüsü də var. İki qadın və beş kişi olmaqla yeddi nəfər sağ qalıb.

Sağ qalanların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Serj Sarkisyana rüşvət almaqla bağlı rəsmi ittiham elan olunub

Sonrakı məqalə

Qaxda 64 yaşlı kişi intihar edib