Boris Conson nazirlərə Davos Forumunda iştirakı qadağan edib

Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərə Davos Dünya İqtisadi Forumunda iştirakı qadağan edib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin məlumatına görə, Consonun özü də forumda iştirak etmək niyyətində deyil. Qeyd olunub ki, Baş nazir fikirlərini İngiltərə xalqının prioritetləri üzərində cəmləşdirmək istəyir.

Bunların arasında 31 yanvar tarixinə qədər “Brexit”in həyata keçirilməsi və Milli səhiyyə sistemi də var.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu 2020-ci ilin yanvarında Davosda keçiriləcək. ABŞ prezidenti Donald Tramp tədbirdə iştirak etmək istədiyini açıqlamışdı. Lakin məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaricdən ölkəyə buğda idxalı artıb –

Sonrakı məqalə

Dünyada qaçqınların sayı 70 milyonu keçib