“Borreli döyüş meydanına çağırıram” –Rusiyanın ATƏT-də nümayəndəsi

“Mən cənab Borrelə döyüş meydanına gəlməyi və qalib gəlməyə cəhd etməyi təklif edirəm. Biz də avropalılarla, Avropa İttifaqının nümayəndələri ilə burada özümüz birtəhər anlaşırıq”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel Ukraynadakı müharibəni döyüş meydanında udmaq lazım olduğunu deyib.

Daimi nümayəndə onu da qeyd edib ki, ATƏT bir təşkilat olaraq ilkin məqsədini itirib və Polşa sədrliyinin rəhbərliyi altında anti-Rusiya mövqeyindən çıxış edir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri dəyişilir

Sonrakı məqalə

Rusiyalı istifadəçilərin populyar komputer şriftlərinə girişi bloklandı