“Jozep Borrelin Gürcüstana səfəri Ermənistan-ABŞ hərbi təlimlərinə bəraət qazandırmaq cəhdidir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Dmitri Novikov bildirib.
Onun fikrincə, Borrelin Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına mənfi münasibəti ilə bağlı bəyanatı aktual səslənmir.
“Ermənistan-ABŞ birgə təlimlərini Vaşinqtonun Gürcüstanla münasibətləri istiləşən Rusiyaya cavab vermək cəhdi kimi qiymətləndirə bilərik. Borrel müstəqil fiqur deyil və hava hərəkəti ilə bağlı bəyanatla çıxış edir. Bunu təlimləri əsaslandırmaq üçün deyirlər ki, Rusiya Gürcüstan istiqamətini aktivləşdirməyə başlayır və Qafqazda nəyəsə qarşı çıxmaq lazımdır”, – Novikov qeyd edib.
Azpost.info