“Borrelin rusları hədələməsini qəbuledilməz hesab edirik”- Zaxarova

“Moskva Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin rusları tibbi ləvazimatlardan məhrum etmək hədələrini qəbuledilməz hesab edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

XİN rəsmisi bu açıqlaması ilə Borrelin Avropa İttifaqının Rusiyaya dərman və tibbi avadanlıqların tədarükünə təsir edən sanksiyaları hələ də tətbiq etməməsi ilə bağlı bəyanatını şərh edib.

“Avropa İttifaqının məhdudiyyətləri ilk növbədə, hədə-qorxu və şantaj vasitəsidir. Biz Borreldən ruslara qarşı növbəti birbaşa təhdidləri qəbuledilməz hesab edirik”, – Zaxarova bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.