Bundeslianın 28-ci turunun ikinci oyun günündə çempionatda ikinci yerdə qərarlaşan “Bayer Leverkuzen” səfərdə “Haydenhaym” ilə qarşılaşıb.
Görüşdə leverkuzenlilər minimal hesabla qalib gəliblər. “Borussiya Dortmund” da səfərdə qələbə qazanıb. Dortmund təmsilçisi “Frayburq”u 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Leyptsiq” – “Hoffenhaym” – 3:1
“Maynts” – “Holştayn Kiel” – 1:1
“Boxum” – “Ştutqart” – 0:4
“Verder Bremen” – “Ayntraxt Frankfurt” – 2:0.
Xatırladaq ki, “Bavariya” səfərdə “Auqsburq”u 3:1 hesabı ilə məğlub edib.
Tura aprelin 6-da oynanılacaq “St Pauli” – “Borussiya Münxenqladbax” və “Union Berlin” – “Volfsburq” görüşləri ilə yekun vurulacaq.
Bundesliqaya 68 xalla “Bavariya” liderlik edir. Münxenliləri 62 xalla “Bayer Leverkuzen” izləyir.