Alimlər Bakdrostat adlı yeni dərmanın sınaqlarından ümidverici nəticələr təqdim ediblər. Xroniki böyrək xəstəliyinin müalicəsi üçün nəzərdə tutulmuş dərman xəstələrdə qan təzyiqini aşağı salmağa kömək edir və böyrək stressini azaldır.
AzPost bildirir ki, bu nəticələr 2025-ci ildə Amerika Ürək Dərnəyinin Hipertansiyon Konfransında təqdim edilib və Amerika Nefrologiya Cəmiyyətinin Jurnalında dərc edilib.
Hazırda tədqiqatçılar Faza III klinik sınaqlarda onun uzunmüddətli təsirlərini və təhlükəsizliyini qiymətləndirməyi planlaşdırırlar.
İlkin məlumatlar göstərir ki, Bakdrostatın standart müalicəyə əlavə edilməsi xroniki böyrək xəstəliyi və hipertoniyası olan insanlarda qan təzyiqini yaxşılaşdıra və böyrək funksiyasının azalmasının qarşısını ala bilər.
Xroniki böyrək xəstəliyi yüksək qan təzyiqi ilə sıx bağlıdır. Təcili müalicə olmadıqda, bu iki vəziyyət bir-birini ağırlaşdıra bilər, infarkt, insult, ürək çatışmazlığı və böyrək çatışmazlığı kimi ciddi fəsadlara səbəb ola bilər.
Tədqiqatda iştirak edən 195 iştirakçıdan 192-si müalicə alıb. Onlar üç qrupa bölünüb: aşağı dozalı bakdrostat (0,5-1 mq), yüksək dozalı (2-4 mq) və plasebo. Üç iştirakçı müxtəlif səbəblərə görə iştirakını erkən dayandırıb.
26 həftəlik müalicədən sonra bacdrostat qəbul edən xəstələrdə plasebo qrupu ilə müqayisədə sistolik qan təzyiqinin orta hesabla 8,1 mmHg azalması müşahidə edilib – təqribən 5%. Tez-tez oxşar dərmanların qəbulu zamanl artan kaliumun səviyyəsi bakdrostat qəbul edən xəstələrdə 41% artıb.
Plasebo qrupunda bu artım 5% olub. Ancaq bu təsirlər əsasən yüngül olub. Dərmanı qəbul edən xəstələrin 9% -də ciddi yan təsirlər müşahidə edilib. Tədqiqat dövründə heç bir ölüm faktı olmayıb.
Maraqlıdır ki, sidikdə damar və böyrək sağlamlığının mühüm göstəricisi olan zülalın səviyyəsi Bakdrostat qəbul edənlərdə plasebo ilə müqayisədə 55% azalıb. Bu nəticə böyrək xəstəliklərinin inkişafını yavaşlatan mövcud dərmanların təsiri ilə müqayisə edilə bilər.
Xroniki böyrək xəstəliyi dünyada ən çox yayılmış xəstəliklərdən biridir və tez-tez gec mərhələlərinə qədər aşkar edilmir. Böyrəklər ciddi şəkildə zəiflədikdə qan təzyiqinə nəzarət çətinləşir və ənənəvi dərmanların effektivliyi azalır. Buna görə də, yeni fəaliyyət mexanizminin inkişafı bir irəliləyiş ola bilər.
Bakdrostat duz və suyun tutulmasında əsas rol oynayan bir hormon olan aldosteronun istehsalını maneə törədən dərmanlar sinfinə aiddir. Bu yanaşma şişkinliyi azaltmağa, damar stressini aradan qaldırmağa, ürək və böyrək funksiyasını yaxşılaşdırmağa kömək edə bilər. Dərman hələ klinik istifadə üçün təsdiqlənməsə də, həkimlər arasında ona maraq artır.