Böyük Britaniyada 22 milyon insana peyvəndin birinci dozası vurulub

07 Mart 2021 - 17:54

Böyük Britaniyada 22 milyondan çox insan koronavirus peyvəndinin birinci dozası , 1 milyon 890 min 840 nəfərə isə ikinci dozası vurulub.

övbəti həftədən etibarən ölkədə 56- 59 yaşarası şəxslərə peyvəndin birinci dozası vurulacaq.

Bununla belə ölkədə koronavirusa yoluxma və ölüm hallarında da azalma müşahidə edilib. Ümumilikdə isə Böyük Britaniyada 4 milyondan çox insan koronavirusa yoluxub, təxminən 125 min insan isə həyatını itirib.

Xatırladaq ki, Avropada koronavirusdan ən çox zərər çəkən ölkə Böyük Britaniya olub.