Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirus məhdudiyyətlərini pozduğuna görə cərimələnəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson və maliyyə naziri Rişi Sunak koronavirus məhdudiyyətlərini pozduqlarına görə cərimələnəcəklər.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd edək ki, London polisinin insanların sıx olduğu yerlərdə toplaşmasını qadağan edən sərt tədbirləri zamanı Consonun iqamətgahında və digər hökumət binalarında keçirilən ziyafətlərə görə 50-dən çox insana cərimə tətbiq edilib.

Xatırladaq ki, B.Conson lokdaun zamanı hökumətin yerləşdiyi Dauninq-stritdəki əyləncədə maskasız iştirak edib.

AZƏRTAC

Əvvəlki məqalə

Bərdə, Tərtər və Ağdamda elektrik verilişi dayanıb – FOTO

Sonrakı məqalə

Umayra Tağıyeva: “Sabah gün ərzində küləyin sürəti bir qədər azalacaq”