“Böyük səs-küy və narazılıq ola bilərdi” - Estoniya Baş naziri və hökuməti istefaya gedir

Estoniyanın Baş naziri Kaya Kallas istefaya gedir.

Azpost.info xəbər verir ki, onunla birlikdə bütün Estoniya hökuməti də istefa verəcək.

Kallas bu addımı yeni hökuməti formalaşdırmaq üçün atdığını deyib: “Mən özüm bu təkliflə çıxış etmişəm. Çünki yeni nazirləri təyin etsəm, böyük səs-küy və narazılıq olardı”.

“Bizim hökumət ölkə rəhbərliyinə çox çətin bir zamanda gəlib. Çətin dövrlərə baxmayaraq, biz Estoniya dövlətini gücləndirən və xalqımızı dəstəkləyən böyük işlər görmüşük”, – Baş nazir izah edib.

İstefadan sonra Kallasın Baş nazir postuna namizəd olması planlaşdırılır. Daha sonra Kallas onu Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təsdiq etməli olan parlamentdə yeni hakim koalisiya haqqında məruzə ilə çıxış edəcək.

Kaya Kallas 2021-ci ilin yanvarından Estoniyanın Baş naziridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.