Böyük ticarət mərkəzlərinin bu ayın sonuna açılması gözlənilmir

“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir. Bu məsələ müzakirə olunur. Gələcək günlərdə açılmasını gözləmək olar. Lakin böyük ehtimalla, onların bu ayın sonuna açılması gözlənilmir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. R.Bayramlı deyib ki, ticarət mərkəzləri açılsa belə, bəzi məhdudiyyətlərə və qaydalara əməl edilməlidir: “Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir