Böyükşor–Pirşağı avtomobil yolunun 4–12-ci kilometrlik hissəsində hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək.
AzPost-un məlumatına görə, dəyişiklik 6 iyun saat 09:00-dan etibarən tikinti işləri tamamlanana qədər qüvvədə olacaq.
Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Sürücülərə müvəqqəti yol nişanlarına və qaydalara ciddi əməl etmələri tövsiyə olunur.