BP Azərbaycana yatırılan investisiyaların həcmini açıqlayıb

BP Azərbaycanda və regionda həyata keçirilən layihələrə yatırılan investisiyaların həcmini açıqlayıb.

“BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlının sözlərinə görə, BP şirkəti və onun tərəfdaşları Azərbaycanda və regionda həyata keçirilən layihələrə indiyədək 84 milyard ABŞ dollarından artıq investisiya yatırıb.

O qeyd edib ki, BP indi Azərbaycanda yaşıl enerji layihəsini (Cəbrayılda günəş elektrik stansiyasının tikintisi – rəd.) həyata keçirməyi planlaşdırır, bu layihə şirkətin sıfır neytrallığa nail olmaq məqsədinə və bərpa olunan enerji sektorunun inkişafında Azərbaycanın maraqlarına cavab verir(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.