BP-nin baş icraçı direktoru Bakıya nə üçün gəlib? –AÇIQLAMA

bp-nin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Bu, planlaşdırılmış işgüzar səfərdir.

bp-nin yaydığı məlumatda bildirilir ki, səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər cənab Luni Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə etmişdir.

Görüş zamanı cənab Luni həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat vermiş, bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlamışdır.

Cənab Luni bu gün həmçinin SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevlə də görüşmüşdür.

Səfər çərçivəsində cənab Luni bir sıra digər görüşlər, o cümlədən bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı bütün işçi heyəti ilə onlayn görüş keçirməyi planlaşdırır.

Sabah isə cənab Luni Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının üst modullarının istehsal-quraşdırma işlərinin aparıldığı tikinti sahəsinə baş çəkəcək. ACE layihəsi Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir. Hazırda layihənin icrası üzrə işlər ümumilikdə 60% tamamlanıb və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub. ACE-dən ilk hasilatın 2023-cü ildə əldə edilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələn il dövlətə 2 milyard manat borc lazım olacaq –

Sonrakı məqalə

“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşları artırılacaq” –