“Hüquq-mühafizə orqanlarının əməkdaşlarının maaşları artırılacaq” –SAMİR ŞƏRİFOV

“Dövlət başçısının sərəncamına əsasən, büdcədə müvafiq vəsait nəzərdə tutulub və əməkhaqları artırılacaq. Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da şamil olunacaq”.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Qeyd edək ki, müzakirələr zamanı deputatlar polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasını təklfi edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BP-nin baş icraçı direktoru Bakıya nə üçün gəlib? –

Sonrakı məqalə

Azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşı artırılacaq? –