“Brakonyerlərlə mübarizə bəzən istənilən nəticəni vermir”- İradə İbrahimova

“Balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var. Brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan balıqların yox olmasına şərait yaranır”.

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir: “Çünki araşdırmalar göstərir ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Ona görə də ictimaiyyətin, dəstəyinə, qınağına ehtiyac var.

Hamılıqla belə düşüncəsiz addım atan, faunamıza düşmən münasibət bəsləyən, balıqları kortəbii ovlayanların qarşısını almalıyıq. Brakonyerlərə səslənirik ki, balıqların kökünü kəsməyə yönələn qəddar əməllərə  son qoysunlar”.

Onun sözlərinə görə, bu gün hamının üzərinə düşən odur ki, balıq ehtiyatlarının qorunmasında yaxından iştirak edək, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlanmasına qarşı çıxaq və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verək. (apa)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir