Braziliya Prezidenti koronavirusa yoluxub

Braziliya Prezidenti Cair Bolsonaro koronavirusa yoluxub.

APA-nın “Guardiana” istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Prezident Bolsonaronun oğlu Eduardo Bolsonaro atasının səhhətinin normal olduğunu və hələ virusun simptomlarının özünü göstərmədiyini deyib.

Qeyd edək ki, Braziliya Prezidentinin mətbuat katibi ABŞ-a səfərdən qayıtdıqdan sonra onda virusa yoluxma qeydə alınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN-dən yeni maarifləndirici

Sonrakı məqalə

Azərbaycan Premyer Liqası dayandırıldı