Braziliya və Argentina FİFA-nı dünya çempionatından imtina edəcəyi ilə hədələyib

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) ölkələri dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına reaksiya bildirib.

Apasport.az saytının məlumatına görə, KONMEBOL FİFA-nın bu planına qarşı olduğunu bəyan edib.

Hətta belə olacağı təqdirdə Cənubi Amerika komandalarının mundiala qatılmayacağı rəsmən açıqlanıb: “KONMEBOL şurası dünya çempionatının iki ildən bir keçirilməsi təklifini bir daha nəzərdən keçirdi. FİFA-nın irəli sürdüyü dəyişikliklər üçün heç bir səbəb, üstünlük və ya əsaslandırma yoxdur. Bununla əlaqədar olaraq, KONMEBOL-a üzv olan 10 ölkə iki ildən bir keçirilən dünya çempionatında iştirak etməyəcəyini təsdiqləyib”.

FİFA prezidenti Canni İnfantino 2026-cı ildən etibarən dünya çempionatının iki ildən bir keçirilməsini istəyir. O, hətta yarışların təqvimini bütün milli assosiasiyalara da göndərib.

Qeyd edək ki, KONMEBOL ölkələri Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Çili, Boliviya, Paraqvay, Peru və Venesueladır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Estoniya və Namibiyadan ölkəmizə quş əti gətirilməsinə qadağa qoyulub –

Sonrakı məqalə

Azad olunmuş ərazidə qolları məftillə bağlı kişi və qadın skeleti tapılıb –