Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatıb.
Bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.
Məlumata görə, ekspertlər artıq uçuşu qeyd edən qurğuların məlumatlarını tədqiq etməyə başlayıblar. Bu, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən həyata keçirilir.
Texniklər pilotların səslərinin qeydlərini və qəza anına qədər təyyarənin vəziyyəti haqqında məlumatları ehtiva edən qara qutulardan məlumatları çıxarmaq və təhlil etmək üçün çalışırlar. Bu, marşrutun dəyişdirilməsinin və təcili enişin dəqiq səbəblərini öyrənməyə kömək edəcək.
Azərbaycan, Qazaxıstan və Rusiyadan olan nümayəndələr də Braziliyadadır.