“Brent” markalı neftin qiyməti son bir ildə ilk dəfə 95 dolları ötüb

Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2022-ci il noyabrın 15-dən bəri ilk dəfə bir barel üçün 95 dolları ötüb.

Birja məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 07:52-də qiymət 0,49% artaraq bir barel üçün 95,03 dollar təşkil edib.  Bakı vaxtı ilə saat 08:12-də Brent 95,08 dollara (+0,54%) satılıb.

Eyni zamanda, WTI markalı xam neftin noyabr fyuçersləri 0,25% bahalaşaraq bir barel üçün 91,34 dollar olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.