Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 2022-ci il noyabrın 15-dən bəri ilk dəfə bir barel üçün 95 dolları ötüb.
Birja məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 07:52-də qiymət 0,49% artaraq bir barel üçün 95,03 dollar təşkil edib. Bakı vaxtı ilə saat 08:12-də Brent 95,08 dollara (+0,54%) satılıb.
Eyni zamanda, WTI markalı xam neftin noyabr fyuçersləri 0,25% bahalaşaraq bir barel üçün 91,34 dollar olub.
Azpost.info