Britaniya əks-kəşfiyyatı rəsmi “Instagram” səhifəsi açıb –

FOTO
23 Aprel 2021 - 10:16

Britaniyanın MI5 əks- kəşfiyyat xidməti “Instagram” sosial şəbəkəsində rəsmi səhifə açıb.

Bu barədə xidmətin rəhbəri Ken Makkallum “The Daily Telegraph” nəşrinə bugünki müsahibəsi zamanı məlumat verib. O, bildirib ki, MI5 daha çox şəffaflığa can atır.

Şəbəkədəki ilk postda xidmətin öz qapılarını hər kəsin üzünə açacağı və maraqlanan şəxsləri öz fəaliyyətinin bir sıra tərəfləri ilə tanış edəcəyi bildirilir.

K.Makkallumun sözlərinə görə, səhifədə həmçinin xidmətin tarixi barədə məlumatlar, eləcə də iş elanları öz əksini tapacaq.

https://www.instagram.com/p/CN9QI6gMl2A/?utm_source=ig_embed