Çexiyadan sonra Slovakiya da Rusiya diplomatlarını ölkədən çıxarır

Çexiya Praqadakı Rusiya səfirliyi heyətində yeni ixtisarların ediləcəyini bildirdikdən sonra, qonşu Slovakiya da aprelin 22-də Çexiya ilə həmrəylik addımı kimi Rusiyanın üç diplomatını ölkədən çıxaracağını bəyan edib.

Çexiya xarici işlər naziri Yakub Kulhanek deyib ki, Praqadakı Rusiya diplomatlarının sayı, Moskvadakı çex diplomatların sayından çox ola bilməz.

Kulhanek deyib ki, bu qərar aprelin 22-dən qüvvəyə minir. O neçə Rusiya diplomatının çıxarılacağını bildirməsə də, bir gün əvvəl Çexiyanın Moskvadakı səfirliyində cəmi 5 diplomatın qaldığını demişdi.

Kulhanekin bəyanatından sonra Slovakiyanın baş naziri Eduard Heger deyib ki, “Rusiyanın Bratislavadakı diplomatik missiyasının üç diplomatı ölkəni 7 gün ərzində tərk etməlidirlər”.

Heger deyib ki, Bratislava bu addımı Çexiya kəşfiyyatının Rusiyaya qarşı iddialarını diqqətlə öyrəndikdən sonra atır.

Rusiyanın Bratislavadakı səfirliyi bəyan edib ki, bu qərar “iki ölkə arasında tarixi dost münasibətlərə” ziddir.

Çex Respublikası Rusiya səfirliyinin işçilərini azaldır

Çex Respublikası Rusiya səfirliyinin əməkdaşlarının sayını məhdudlaşdırdığını, Moskvadakı Çex səfirliyinin işçi sayına uyğunlaşdırdığını bəyan edib.

Yeni təyin olunmuş Xarici işlər naziri Yakub Kulhanek neçə işçinin çıxarılacağını deməyib. Amma nazir aprelin 21-də “Lidovky.cz”yə müsahibəsində deyirdi ki, Moskva verilən vaxta əməl etməsə, Rusiya səfirliyinin 60-dək əməkdaşı ölkədən çıxarılacaq. Moskva ultimatumu “qəbuledilməz” adlandırmışdı.

Kulhanekin deməsinə görə, Rusiya mayın sonunadək səfirlikdəki əməkdaş sayını uyğun səviyyəyədək azalda bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya əks-kəşfiyyatı rəsmi “Instagram” səhifəsi açıb –

Sonrakı məqalə

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatır