Britaniya 25 Rusiya vətəndaşına sanksiya tətbiq edib –“Qara siyahı”ya hansı məmurlar düşüb?

Böyük Britaniya “Maqnitski Aktı” çərçivəsində Rusiya da daxil olmaqla bir neçə ölkənin 50 vətəndaşına sanksiya tətbiq edib.

Azpost.info bildirir ki, Britaniya XİN-in saytında dərc edilən “qara siyahı”ya 47 nəfərin adı düşüb. Onların sırasında 25 Rusiya vətəndaşı var.

Bu şəxslər arasında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Rusiya Federasiyası Baş prokurorunun müavini Viktor Qrin, Daxili İşlər nazirinin müavini Aleksey Aniçin, hakimlər, müstəntiqlər və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları var.

Siyahıda adı çəkilən şəxslərin Böyük Britaniyaya girişi qadağan edilib. Ölkədə onların hər hansı bir hesabı varsa dondurulacağı vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kəbəni öpmək qadağan olundu, şeytana atılan daş strelizə olunacaq-

Sonrakı məqalə

Boliviyanın sabiq prezidentini vətənində terrorçu elan etdilər –