Britaniya, Almaniya və Fransadan İranaÇAĞIRIŞ

Britaniya, Almaniya və Fransa zorakılığın artmasına qarşı çıxış ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron birgə bəyanatda bildiriblər.

Onlar regiondakı gərginliklə bağlı ciddi narahatlıqlarını ifadə edərək, İran və onun müttəfiqlərini regional gərginliyi daha da artıra və Qəzzada atəşkəslə bağlı danışıqları və girovları azad etmək imkanlarını təhlükə altına sala biləcək hücumlardan çəkinməyə çağırıblar.

“Onlar bu hərəkətlərə görə məsuliyyət daşıyacaqlar” – Böyük Britaniya, Almaniya və Fransanın birgə bəyanatında deyilir.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı