Britaniya Assanjın ABŞ-a ekstradisiyasını təsdiqlədi

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel cümə günü “WikiLeaks”in qurucusu Culian Assanjın cinayət istintaqı ilə üzləşdiyi ABŞ-a ekstradisiyasını təsdiqləyib.

Amerika hakimiyyəti Assanja 18 maddə ilə ittiham irəli sürüb. Bunlara “WikiLeaks” tərəfindən Vaşinqtonun həyatını riskə atdığını bildirdiyi çoxlu məxfi hərbi sənədlərin və diplomatik teleqramların yayımlanması ilə bağlı casusluq iddiaları daxildir.

“Bu işdə Böyük Britaniya məhkəmələri Assanjın ekstradisiyasının repressiz, ədalətsiz və ya hüquqdan sui-istifadə olacağını hesab etməyiblər” – deyə, Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Onlar həmçinin ekstradisiyanı onun hüquqları, o cümlədən ədalətli məhkəmə araşdırması və ifadə azadlığı ilə ziddiyyət təşkil edəcəyini hesab etməyiblər. Onlar [hesab ediblər] ki, ABŞ-da onunla lazımi səviyyədə rəftar olunacaq, o cümlədən sağlamlığı ilə əlaqədar” – deyə, bəyanatda qeyd edilir.

Bununla belə, Patelin qərarı Assanjın onun ittihamçıları ilə on ildən artıqdır davam edən hüquqi mübarizəsinin sonu demək deyil.

O, hələ də Londondakı Ali Məhkəməyə müraciət edə və nəticədə öz işini Böyük Britaniyanın Ali Məhkəməsinə çatdıra bilər. Lakin onun appellyasiya müraciət rədd edilərsə, Assanj 28 gün ərzində ekstradisiya edilməlidir.

Əvvəlki məqalə

Nazirlik “Asan İmza” istifadəçilərinə müraciət etdi –

Sonrakı məqalə

“ABŞ özünü Allahın yerdəki elçisi elan edib” –