Nazirlik “Asan İmza” istifadəçilərinə müraciət etdi –"Məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir!"

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Asan mobil imza istifadəçilərinə müraciət edib.

 

Müraciətdə deyilir:

“Asan İmza (Mobil imza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün Sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir.

 

9 mart 2004-cü il tarxili 602-IIQ nömrəli Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun 2-ci madddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

 

Odur ki, adınızdan Sizdən xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə Asan imza Sim kartınızın və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir!”

Əvvəlki məqalə

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

Sonrakı məqalə

Britaniya Assanjın ABŞ-a ekstradisiyasını təsdiqlədi