“ABŞ özünü Allahın yerdəki elçisi elan edib” –PUTİN

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın “Soyuq müharibə”də qələbəsindən sonra özünü Allahın Yerdəki elçisi elan etdiyini, amma yalnız öz maraqlarını güddüyünü deyib.

Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Vladimir Putin ABŞ-ı bu məsələyə məsuliyyətsiz yanaşmaqda ittiham edib.

“Birləşmiş Ştatlar “Soyuq Müharibə”də qələbəsini elan edəndən sonra özünün Allahın Yerdəki elçisi olduğunu bəyan edib. Hansı ki, heç bir məsuliyyəti yoxdur, ancaq maraqları var. Özü də bunun müqəddəs maraqlar olduğunu elan edirlər”, – Rusiya lideri vurğulayıb.

Əvvəlki məqalə

Britaniya Assanjın ABŞ-a ekstradisiyasını təsdiqlədi

Sonrakı məqalə

I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb