“Britaniya bu il 100-dən çox rusiyalı diplomata viza verməkdən imtina edib”- Əks-kəşfiyyat xidmətinin rəhbəri

“Britaniya hökuməti 2022-ci ildə təhlükəsizlik baxımından Rusiyadan olan 100-dən çox diplomata viza verməkdən imtina edib”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın əks-kəşfiyyat xidmətinin (Mİ-5) direktoru Ken Makkallum Londondakı qərargahında illik çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri də 2022-ci ildə Rusiya hakimiyyətinin 600-ə yaxın nümayəndəsini ölkədən çıxarıb. Belə ki, sözügedən 600 nəfərin üçdə ikisi Rusiya xüsusi xidmət orqanlarında çalışıb.

Makkallum qeyd edib ki, bu cür tədbirlər müasir Avropa tarixində Rusiya kəşfiyyat xidmətlərinə ən mühüm strateji zərbə olub.

Azpost.info

Əvvəlki məqalə

AZƏRBAYCAN FRANSAYA NOTA VERDİ

Sonrakı məqalə

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var”