Britaniya hökuməti məcburi məzuniyyətdə olanların maaşlarını marta kimi ödəyəcək

06 Noyabr 2020 - 22:53

Böyük Britaniya hökuməti məcburi məzuniyyətdə olanların maaşlarını mart ayına qədər ödəyəcək.

Maliyyə naziri Rişi Sunak koronavirus epidemiyası müddətində işəgötürənlər tərəfindən məcburi məzuniyyətdə olan işçilərin maaşlarının 80 faizinin ödənilməsinin gələn ilin mart ayının sonuna qədər uzadıldığını açıqlayıb.

Təxminən 2500 funt-sterlinq gəliri olan bir insan hər ay dövlətdən 2000 funt-sterlinq dəstək alacaq.

Bu günə qədər tətbiqdən 9 milyon 600 min nəfərin faydalandığı və dövlətin 40 milyard funt-sterlinq xərclədiyi açıqlanıb.

Qərar Şotlandiya və Uelsə aid edilmir.