“Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik” –Türkiyənin vitse-prezidenti

“Öz müdafiə ehtiyaclarımızı milli imkanlarımızla qarşılamaqla bərabər, dost və müttəfiq ölkələrin də ehtiyacını ödəyirik. Bunun ən bariz nümunəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqları uğrunda apardığı haqlı mübarizə üçün istifadə etdiyi İHA və SİHA-larımızıdır”.

Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı belə deyib.

F.Oktay bildirib ki, Türkiyə bütün müdafiə imkanları ilə Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdır: “Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın torpaqlarını işgalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik. Ehtiyac olduğu halda bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilib –

Sonrakı məqalə

Britaniya hökuməti məcburi məzuniyyətdə olanların maaşlarını marta kimi ödəyəcək